Türkiyənin Rusiyadakı səfirliyinə deputatın adından tozlu məktub göndərilib

Türkiyənin Rusiyadakı səfirliyinə deputatın adından tozlu məktub göndərilib Rusiya FHN-in Baş İdarəsi: Tozun heç bir təhlükəsi yoxdur
Region
21 Fevral , 2018 17:21
Türkiyənin Rusiyadakı səfirliyinə deputatın adından tozlu məktub göndərilib

Bakı. 21 fevral. REPORT.AZ/ Rusiyada Avropa İttifaqı nümayəndəliyinin və Türkiyə səfirliyinin ünvanına dünən gələn tozlu məktubların üzərində, ötən həftə olduğu kimi, yenə də Rusiya Dövlət Dumasının deputatı Sergey Jeleznyakın poçt rekvizitləri olub.

"Report" xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildiriblər ki, tozun heç bir təhlükəsi yoxdur.

Qeyd edək ki, ötən həftə Moskvadakı 13 diplomatik nümayəndəlik içərisində fipronil (pestisid) olan tozabənzər maddə səpilmiş məktub alıb.

Bütün zərflər diplomatik missiyalara Dövlət Dumasının deputatı Sergey Jeleznyakın adından gəlib. Deputat bu hadisədən sonra polisə gedərək məktublarla əlaqəsinin olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi