Türkiyənin müxalifət partiyası yaradılmasının 94-cü ildönümünü qeyd edir

Türkiyənin müxalifət partiyası yaradılmasının 94-cü ildönümünü qeyd edir Bu təşkilat 1923-cü ildən 1950-ci ilədək fasiləsiz olaraq, təkbaşına hakimiyyətdə olub
Region
8 Sentyabr , 2017 11:04
Türkiyənin müxalifət partiyası yaradılmasının 94-cü ildönümünü qeyd edir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin hazırda müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) yaradılmasından 94 il ötür.

“Report” xəbər verir ki, siyasi təşkilat 1923-cü il sentyabrın 9-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün rəhbərliyi altında fəaliyyətə başlayıb.

CHP “Xalq Fiqəsi” adı altında təsis olunub. 1924-cü ildə təşkilatın adına “Cümhuriyyət” sözü əlavə edilib. 1935-ci ildə partiyanın 4-cü qurultayında isə siyasi təşkilata “Cumhuriyet Halk Partisi” (“Cümhuriyyət Xalq Partiyası”) adı verilib.

Təşkilatın təməl prinsipləri “Cümhuriyyətçilik”, “Xalqçılıq”, “Milliyyətçilik”, “Layiqlik”, “Dövlətçilik” və “İnqilabçılıq”dır. Bu prinsiplər partiyanın emblemində “altı ox” rəmzi ilə göstərilib.

CHP 1923-cü ildən 1950-ci ilədək fasiləsiz olaraq, təkbaşına hakimiyyətdə olub. 1950-ci ildə müxalifətin formalaşmasında əsas rol oynayıb.

Atatürkün vəfatında sonra partiyaya İsmət İnönü rəhbərlik edib. Ondan sonra Bülent Ecevit, Hikmət Çətin, Altan Öymən, Dəniz Baykal CHP-nin sədri olub. 2010-cu il mayın 22-dən Kamal Kılıcdaroğlu partiyayanın lideridir. 

94 il ərzində partiyanın 35 növbəti, 18 fövqəladə olmaqla 53 qurultayı keçirilib.

Siyasi təşkilat 94-cü ildönünmü ilə əlaqədar bir sıra tədbirlər keçirməyi nəzərdə tutub.

Son xəbərlər

Orphus sistemi