Hulusi Akar Yunanıstanı dialoqa çağırıb: “Türkiyəyə gələ bilərlər”

Hulusi Akar Yunanıstanı dialoqa çağırıb: “Türkiyəyə gələ bilərlər” “Yunanıstanın provokativ ritorikası davam edir”.
Region
29 Sentyabr , 2022 16:18
Hulusi Akar Yunanıstanı dialoqa çağırıb: “Türkiyəyə gələ bilərlər”
Hulusi Akar

“Sevindirici haldır ki, bəzi yunan siyasətçilər həqiqəti anlamağa başlayıb. Bizim arzumuz problemlərin danışıqlar yolu ilə həllidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Yunanıstanın təxribat xarakterli ritorikası davam edir.

Milli müdafiə naziri vurğulayıb ki, rəsmi Afinanın təxribatçı addımlarına baxmayaraq rəsmi Ankara soyuqqanlı davranır: “Yunanıstan hər dəfə “suları bulandırmağa” çalışır”.

H.Akar Türkiyənin daim müzakirələrə hazır olduğunu söyləyib: “Onlar da Türkiyəyə gələ bilər, biz də Yunanıstana gedə bilərik. Biz kimsəyə təhdid mənbəyi deyilik”.

Son xəbərlər

Orphus sistemi