Türkiyənin müdafiə naziri: "S-400”ün tədarükü “F-35”in alınmasına təsir göstərməyəcək"

Region
  • 27 mart, 2018
  • 09:25
Türkiyənin müdafiə naziri: S-400”ün tədarükü “F-35”in alınmasına təsir göstərməyəcək

Bakı. 27 mart. REPORT.AZ/ “Rusiyadan “S-400”ün tədarükü ABŞ-dan “F-35”in alınmasına təsir göstərə bilməyəcək”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli deyib.

“S-400”ün tədarükü ilə bağlı heç bir çətinlik yoxdur. O, hətta təqvimdə nəzərdə tutulduğundan daha tez alına bilər”, - nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Volkan Bozkır Vaşinqtonda keçirdiyi görüşlərdə “S-400”ün alınması ilə bağlı məsələni dəyərləndirdiklərini söyləyib: “ABŞ-da bu çox əhəmiyyətli bir məsələdir. Xüsusilə Konqresin bunu “F-35”in satışı ilə əlaqələndirmək niyyətində olduğu hiss edilir. Onlar bildirdi ki, “S-400” alsanız, biz də Konqresdə sizə “F-35”in satılmaması haqqında qərar çıxardarıq”. Onlar bu ovqatdadırlar”.

Son xəbərlər

Bütün Xəbər Lenti