Türkiyənin Kosovodakı səfiri yol qəzasında xəsarət alıb

Türkiyənin Kosovodakı səfiri yol qəzasında xəsarət alıb Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Kosovodakı səfiri Qıvılcım Kılıc paytaxt Priştinadan Gilan şəhərinə gedən yolda zəncirvari yol qəzasına düşüb. Qəza zamanı 3 nəfər ölüb, səfir də daxil olmaqla 7 nəfər xəsarət alıb.
Region
17 Noyabr , 2018 06:11
Türkiyənin Kosovodakı səfiri yol qəzasında xəsarət alıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyənin Kosovodakı səfiri Qıvılcım Kılıc paytaxt Priştinadan Gilan şəhərinə gedən yolda zəncirvari yol qəzasına düşüb. Qəza zamanı 3 nəfər ölüb, səfir də daxil olmaqla 7 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Haşim Taçi öz "Facebook" səhifəsində yazıb.

Qəzadan sonra xəstəxanaya gedən Kosovonun xarici işlər naziri Əkrəm Mustafa hadisə zamanı 3 maşının toqquşduğunu, yaralı 7 nəfərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.

Səfirin vəziyyətinin yaxşı olduğunu deyən XİN başçısı, onun sağ qolundan xəsarət aldığını diqqətə çatdırıb.

Kosovo mətbuatının yazdığına görə, ölənlərin hamısı 22, 6588 yaşlı yerli vətəndaşlardır.

Son xəbərlər

Orphus sistemi