Türkiyənin keçmiş dini işlər rəhbərinin anası koronavirusdan öldü

Region
  • 20 aprel, 2020
  • 09:45
Türkiyənin keçmiş dini işlər rəhbərinin anası koronavirusdan öldü
Mehmet Görmez

Türkiyə Dini İşlər İdarəsinin keçmiş sədri Mehmet Görmezin anası Sıdıka Görmez koronavirusdan vəfat edib.

“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Məmur Həmkarlar Təşkilatının baş katibi Ali Yalçın sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Mehmet Görmez 1959-cu il yanvarın 1-də Qaziantepdə anadan olub. Türkiyə Dini İşlər İdarəsinin 17-ci sədri olub. O, 2010-cu il noyabrın 11-dən 2017-ci il iyunun 31-dək bu vəzifədə çalışıb. Elə bu vəzifədən də təqaüdə çıxıb.