Türkiyənin iki bölgəsində güclü meşə yanğınları başlayıb
Region
- 24 iyul, 2022
- 20:05
Türkiyənin iki bölgəsində güclü meşə yanğınları başlayıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, axşam saatlarında Kütahya bölgəsinin Emet rayonu Küreci kəndi yaxınlığındakı meşədə yanğın baş verib.
Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb. Bölgəyə yanğınsöndürmə helikopteri və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.
Digər yanğın Manisa əyalətinin Hasköy səmtində baş verib. Qısa müddətdə alov küləyin təsiri ilə əkinçilik sahəsinə və meşəyə yayılıb. Yanğını görənlərin xəbərdarlığı ilə rayona 7 yanğınsöndürmə helikopteri, 4 təyyarə və çoxlu sayda meşə təsərrüfatı işçisi göndərilib.
Hər iki meşə yanğınının səbəbi məlum deyil.
Son xəbərlər
19:54
Azərbaycan Basketbol Liqasında XVI tur başa çatıb
Komanda19:48
Britaniya Baş nazirinin aparat rəhbəri Epşteyn qalmaqalı fonunda istefa verib
Digər ölkələr19:46
Azərbaycan stolüstü tennisçisi yeni mövsümə uğurla başlayıb
Fərdi19:36
Valdas Dambrauskas: "Araz-Naxçıvan" üzərində qələbə möhtəşəm idi"
Futbol19:29
Türkiyədə sabahdan toyuq məhsullarının ixracı dayandırılacaq
Region19:10
Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib
Hadisə18:54
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib
Fərdi18:43
Suriyada daşqınlar nəticəsində 3 nəfər həlak olub
Digər ölkələr18:43