​Türkiyənin Bursa şəhərində terror törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

​Türkiyənin Bursa şəhərində terror törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb Şübhəlilərin bəziləri başqa əyalətlərdə tutulub Bursaya aparılıb
Region
28 Aprel , 2016 10:12
​Türkiyənin Bursa şəhərində terror törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyənin Bursa şəhərində Ulucami məscidinin yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şübhəlilərin bəziləri ölkənin başqa əyalətlərində tutulub və Bursaya aparılıb.

Qeyd edək ki, aprelin 27-də Bursa şəhərində Ulucami məscidinin yaxınlığında törədilən terror aktı nəticəsində 13 nəfər yaralanıb. Terror törədən qadın özünü partladaraq, öldürüb. 

Son xəbərlər

Orphus sistemi