Türkiyənin xüsusi xidmət orqanlarının və jandarmeriya əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyatın gedişatında Mardin əyalətində 2 suriyalı və onların Suriyadan Türkiyənin böyük şəhərlərində terror aktlarının təşkili məqsədi ilə partlayıcı maddəni çatdırmış köməkçisi tutulub.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, saxlanılanlar böyük şəhərlərdə insanların kütləvi toplaşdıqları ticarət mərkəzləri və bazarlar kimi yerlərdə terror aktları təşkil etməyi planlaşdırıblar.
Suriyalılar - M.N və E.T Türkiyəyə çantalarında təxminən 15 kq plastik partlayıcı maddə, 4 elektrodetonator, 2 yaddaş kartı, 9 voltluq 4 batareya və digər partlayıcı vasitə keçiriblər.
Saxlanılanlardan üç mobil telefon götürülüb.
Türkiyə jandarmeriyasında hüquqi prosedurlar davam edir.
İstehkamçılar iddia edirlər ki, partlayıcı maddənin dağıdıcı gücü çox yüksəkdir və üçmərtəbəli binanı yararsız etmək üçün kifayətdir.