Türkiyənin Azərbaycana yeni təyin olunan səfirinin fəaliyyətə başlayacağı tarix məlum olub

Region
  • 07 sentyabr, 2016
  • 16:52
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirinin fəaliyyətə başlayacağı tarix məlum olub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıda oktyabrda diplomatik fəaliyyətə başlayacaq.

“Report”un xəbərinə görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı hazırki səfiri İsmayıl Alper Coşqun məlumat verib.