Türkiyəni tərk edən qaçqınların sayı açıqlandı

Region
  • 06 mart, 2020
  • 11:36
Türkiyəni tərk edən qaçqınların sayı açıqlandı

Türkiyənin sərhəd bölgəsi olan Edirnedən Yunanıstana keçən qaçqınların sayı məlum olub.

“Report”un xəbərinə görə, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib ki, martın 6-sı saat 12:10-a olan məlumata əsasən, Edirnenin Meriç rayonundan Yunanıstana keçən miqrant sayı 142 175-ə çatıb.

Qeyd edək ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb.