Türkiyəli nazir: PKK ilə əməkdaşlıqda şübhəli bilinən doqquz nəfər saxlanılıb
Region
- 23 iyul, 2024
- 12:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə PKK terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən doqquz şəxs saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, Mersində çəkildiyi deyilən və sosial şəbəkədə yayılan videoda bir qrup şəxsin PKK rəhbərləri lehinə şüarlar səsləndirdiyi müəyyən olunub.
Bundan sonra hərəkətə keçən hüquq-mühafizə orqanları tərəfindən şübhəlilərdən doqquz nəfər saxlanılıb.
Axtarış tədbirləri nəticəsində bəzi rəqəmsal vasitələr, həmçinin silah-sursat ələ keçirilib.
Nazir bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edir.
Son xəbərlər
05:12
Gündəlik maqnezium normasını tamamlamağa kömək edən məhsul açıqlanıb
Sağlamlıq
04:53
KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək
Digər ölkələr
04:28
Dubay yaxınlığında tankerin ətrafında naməlum mərminin partlaması qeydə alınıb
Digər ölkələr
03:51
ABŞ-də Nvidia rəhbərinin vəzifəsinə qaytarılması üçün xüsusi qanundan istifadə müzakirə edilib
Digər ölkələr
03:08
Foto
Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər
Maraqlı
02:43
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
İKT
02:10
Foto
Çempionlar Liqası: "Bavariya" məğlub olub, "Fənərbağça" səfərdə qələbə qazanıb
Futbol
01:53
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
Region
01:29
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
Digər ölkələr