Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb

Region
  • 05 oktyabr, 2024
  • 06:10
Türkiyədən Yunanıstana keçmək istəyən 24 miqrant saxlanılıb

Türkiyənin Balıkesir şəhərində Yunanıstanın Midilli adasına keçmək istəyən 24 qanunsuz miqrant saxlanılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Sahil Təhlükəsizlik xidmətindən bildirilib.

Qeyd olunub ki, onlardan 10-u uşaqdır.

Saxlanılan qanunsuz miqrantlar haqqında hüquqi prosedur başladılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti