Türkiyədə zəlzələdə xəsarət alanların sayı artıb, ölən var - FOTO - YENİLƏNİB-3

Türkiyədə zəlzələdə xəsarət alanların sayı artıb, ölən var - FOTO - YENİLƏNİB-3 Türkiyədə baş verən zəlzələ zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb.
Region
14 İyun , 2020 23:47

Türkiyədə baş verən zəlzələ zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuad Oktay bildirib.

"Zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb. Onlar arasında vəziyyəti ağır olan yoxdur, - o deyib. Fuad Oktay əlavə edib ki, zəlzələdən sonra aşağı maqnitudalı 46 yeraltı təkan qeydə alınıb. Hazırda zəlzələnin vurduğu ziyan araşdırılır.


***22:55

Türkiyədə baş verən zəlzələ zamanı xəsarət alanların sayı 9 nəfərə çatıb, daha 1 nəfər ölüb. 

"Report" xəbər verir ki, ölkənin Daxili işlər naziri Süleyman Soylu Bingöldə qeydə alınan zəlzələ zamanı jandarmeriyanın nəzarət qülləsinin aşdığını, nəticədə 1 nəfərin xəsarət aldığını, 1 nəfərin isə dağıntılar altında qaldığını bildirib. 

Dağıntılar altında qalan şəxsin həyatını xilas etmək mümkün olmayıb. 

Zəlzələ zamanı Bingöl əyalətində bir neçə kənddə evlər dağılıb, azı 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar İdarəsi təbii hadisə zonasına 550 çadır göndərib.  


***19:35

Türkiyədə baş verən zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə 5,7 bal gücündə zəlzələ olub. 

Məlumata görə, yeralı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. 


***19:00

Türkiyədə 5,7 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeralı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. 

Dağıntı və ya tələfat barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi