Türkiyədə zəlzələyə görə 22,7 milyon manat ianə yığılıb

Türkiyədə zəlzələyə görə 22,7 milyon manat ianə yığılıb Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Elazığ və Malatya şəhərlərində baş verən zəlzələdən sonra başlatdığı xeyriyyə kampaniyasına 79,6 milyon lirə (22,7 milyon AZN) ianə toplandığını açıqlayıb.
Region
30 Yanvar , 2020 17:58
Türkiyədə zəlzələyə görə 22,7 milyon manat ianə yığılıb

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Elazığ və Malatya şəhərlərində baş verən zəlzələdən sonra başlatdığı xeyriyyə kampaniyasına 79,6 milyon lirə (22,7 milyon AZN) ianə toplandığını açıqlayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Elazığ və Malatya üçün başladılan yardım kampaniyasının nəticəsində vətəndaşlar bank hesablarına 51,8 milyon lirə, SMS vasitəsilə ilə isə 27,8 milyon lirə ianə köçürüblər.

Xatırladaq ki, yanvarın 24-ü gecə saatlarında baş verən 6,8 bal gücündə yeraltı təkan nəticəsində Elazığ və Malatya şəhərlərində 41 nəfər ölüb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb. Xəstəxanalara yerləşdirilən 1 607 nəfərdən 1 553-ü evə buraxılıb, 7-si həkimlərin ciddi nəzarət altında olmaqla 54 nəfərin müalicəsi davam edir.  

Son xəbərlər

Orphus sistemi