Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb

Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Region
10 Oktyabr , 2021 03:08
Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Muğla əyalətində qeydə alınıb.

Bodrumda mikroavtobusla minik avtromobili toqquşub. Hadisə zamanı 22 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi