Türkiyədə yol qəzasında 6 nəfər ölüb, 5 nəfər yaralanıb

Region
  • 02 yanvar, 2023
  • 07:53
Türkiyədə yol qəzasında 6 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat qəsəbəsində mikroavtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Yerli səlahiyyətlilər valilik işçilərini və yerli universitetin tələbələrini daşıyan mikroavtobusun Midyat-Ömərli magistral yolunda aşdığını bildirib. Qəzanın səbəbləri araşdırılır.

Yaralılar yerli xəstəxanalara çatdırılıb.