Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 4 nəfər yaralanıb

Region
  • 15 aprel, 2019
  • 12:04
Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Diyarbakır əyalətinin Kocaköy rayonunda iki avtomobilin toqquşması nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə aprelin 15-i günorta saatlarında Diyarbakır-Bingöl avtomobil yolunun 65-ci kilometrliyində baş verib.

Qəzanın səbəbi araşdırılır.

44 - Tezliklə