Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, 2 şagird ölüb, 7 nəfər yaralanıb

Region
  • 27 sentyabr, 2019
  • 12:34
Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, 2 şagird ölüb, 7 nəfər yaralanıb

Türkiyənin Hakkari əyalətinin Derecik rayonunda məktəbliləri daşıyan xidməti avtobusun aşması nəticəsində 2 şagird ölüb, 7 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü də xəsarət alıb.

Bildirilib ki, sürücü və 6 yaralı məktəbli Şemdinlidəki dövlət xəstəxanasına yerləşdirilib.