Türkiyədə yerli istehsal olan ATAK-2 helikopterinin mühərriki işə salınıb
Region
- 26 aprel, 2023
- 08:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə yerli istehsal olan yeni çoxhədəfli, ağır hücum helikopteri ATAK-2-nin mühərriki işə salınıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, helikopteri Türkiyənin Müdafiə Sənayesi İdarəsi ilə bağlanmış müqavilə əsasında TUSAŞ şirkəti hazırlayıb.
Ağır döyüş helikopterinin konstruktoru Mehmet Yılmaz bildirib ki, ATAK-2 layihəsinin icrası 2019-cu ildən 1500-ə qədər mütəxəssisin iştirakı ilə davam edir.
"İşlər fasiləsiz aparılır. Detalların və yığılan hissələrin sınaqdan keçirilməsi həyata keçirilir. Aprelin 23-nə kimi artıq iki mühərrik işə salınıb", - o deyib.
Xatırladaq ki, döyüş helikopterinin uçuş çəkisi 11,5 tona çatır. ATAK-2 helikopterinin əsas silahı 30 mm çaplı topdur.
Son xəbərlər
03:49
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
Energetika
03:33
Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
Digər ölkələr
03:03
WP: Pentaqon Çinlə iqtisadi mübarizə üçün agent kəşfiyyatı yaratmağı planlaşdırır
Digər ölkələr
02:32
Zelenski Norveçlə birlikdə HHM sahəsində üç birgə layihənin hazırlandığını bildirib
Digər ölkələr
02:09
ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq
Digər ölkələr
01:41
Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq görülür
Digər ölkələr
01:16
İtaliyada yanacağın qiymətinə görə keçirilən etirazlar ərzaq tədarükündə fasilələrə səbəb olub
Digər ölkələr
01:01
Foto
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
Futbol
00:50
Tramp ABŞ-nin İran məsələsində Rusiya və Çinlə əməkdaşlıq etdiyini bildirib
Digər ölkələr