Türkiyədə yaşayış binasında qaz partlayışı olub, xəsarət alanlar var

Türkiyədə yaşayış binasında qaz partlayışı olub, xəsarət alanlar var Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətinin Akçakale şəhərində altımərtəbəli binada məişət qazının partlaması nəticəsində 6 nəfər yaralanıb.
Region
4 Dekabr , 2022 19:32
Türkiyədə yaşayış binasında qaz partlayışı olub, xəsarət alanlar var

Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətinin Akçakale şəhərində altımərtəbəli binada məişət qazının partlaması nəticəsində 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən TRT telekanalı məlumat yayıb.

Polisin müəyyən etdiyi kimi, fəhlə emalatxanalarının yerləşdiyi binanın birinci mərtəbəsində məişət qazı ilə işləyən qazan partlayıb.

Evdəki partlayış dalğasından tavanlar qismən uçub, küçədə dayanan avtomobillərə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi