​Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 45 nəfər yaralanıb - YENİLƏNİB 2 - VİDEO

Region
  • 10 may, 2016
  • 14:32
​Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 45 nəfər yaralanıb - YENİLƏNİB 2 - VİDEO

Bakı. 10 may. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində baş vermiş terror aktı nəticəsində yaralananların sayı 45 nəfərə çatıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valiliyinin yaydığı açıqlamada qeyd olunub.  

Məlumata görə, hadisədə 12-si polis, 33 nəfəri mülki vətəndaş olmaqla, 45 nəfər yaralanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 

Yaralıların bəzilərinin durumunun ağır olduğu bildirilir. 

*** 19:02

PKK terrorçularının Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Bağlar rayonunun Diclə bulvarında polis avtobusuna partlayıcı yüklənmiş avtomobillə hücumu nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror aktı nəticəsində 1 polis əməkdaşı həlak olub, ölənlərdən ikisi isə mülki vətəndaşdır. 

Bundan başqa, yaralananlardan 9 nəfəri polis əməkdaşıdır. Digərləri isə polislərin nəzarəti altında sağlıq durumlarının yoxlanılması məqsədilə xəstəxanaya aparılan və antiterror əməliyyatları zamanı saxlanılmış şübhəlilər, o cümlədən mülki vətəndaşlardır. 

*** 18:06

Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Bağlar rayonunun Diclə bulvarında polis avtobusuna terrorçuların partlayıcı yüklənmiş avtomobil ilə hücumu nəticəsində xeyli adam yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İlkin məlumata görə, yaralananlardan 15 nəfəri polis əməkdaşıdır, digərləri isə hadisə yerinin yaxınlığından keçən mülki vətəndaşlardır.  

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb edilib.