Türkiyədə PKK-çıların hücumu zamanı 1 polis ölüb, daha 1-i yaralanıb, terrorçular özlərini partladıb

Türkiyədə PKK-çıların hücumu zamanı 1 polis ölüb, daha 1-i yaralanıb, terrorçular özlərini partladıb Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda polis şöbəsinə silahlı hücum olub.
Region
27 Sentyabr , 2022 04:15
Türkiyədə PKK-çıların hücumu zamanı 1 polis ölüb, daha 1-i yaralanıb, terrorçular özlərini partladıb

Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçuların polis məntəqəsinə silahlı hücumu zamanı 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Süleyman Soylu qeyd edib ki, polis şöbəsinin yaxınlıqda dayanan avtomobildən düşən terrorçular silahlardan asayiş keşikçilərinə atəş açıblar.

Silahlı insident zamanı xəsarət alan polis əməkdaşının həyatı üçün təhlükə yoxdur. Hücum zamanı daha 1 mülki şəxs yaralanıb.

DİN rəhbəri hadisəni terror aktı adlandırıb. O, qeyd edib ki, terrorçulardan ikisi ələ keçməmək üçün özlərini partladıb.

Nazir terror aktının PKK tərəfindən həyata keçirildiyini bildirib. Süleyman Soylu terrorçulardan birinin şəxsiyyətinin müəyyənləşdirildiyini deyib. DİN rəhbəri terrorçulara dəstək verənlərin kimliyinin müəyyənləşdiriləcəyini əlavə edib.

01:38

Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda polis şöbəsinə silahlı hücum olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hücum zamanı iki polis əməkdaşı yaralanıb.

Məlumata görə, naməlum şəxslər avtomobillə polis şöbəsinə yaxınlaşaraq, asayiş keşikçilərinə odlu silahlardan atəş açıblar.

Polis silahlılara cavab atəşi açıb. Bu zaman cinayətkarların olduğu avtomobildə yanğın baş verib.

Hadisə yerinə əlavə olaraq polis əməkdaşları, təcili yardım və yanğınsöndürənlər cəlb olunub.

Hazırda silahlıların axtarışı davam edir.

Türkiyənin Daxili İşlər Nazirliyi hücumun yerli vaxtla saat 23:00 radələrində baş verdiyini bildirib. Qeyd edilir ki, silahılar tərəfindən əraziyə partladıcı qurğu qoyulub. Bomba polis şöbəsindən kənarda partladılaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi