Türkiyədə atışma olub, ölən və xəsarət alanlar var

Türkiyədə atışma olub, ölən və xəsarət alanlar var Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı çay evlərindən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Region
11 May , 2023 22:35
Türkiyədə atışma olub, ölən və xəsarət alanlar var

Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı çay evlərindən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, yaralananlar var.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, münaqişəyə borc pul məsələsi səbəb olub. Hər iki tərəfin silahdan istifadə etdiyi davada daha 2 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi