Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölən və yaralananlar var Türkiyədə ağır yol qəzası olub.
Region
6 İyul , 2020 01:27
Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Bildirilir ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu ölkənin şimal-qərbindəki Kocaeli əyalətinin Qəbzə şəhəri ərazisində aşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis, tibb işçiləri cəlb edilib. Qeyd edilir ki, şose yolda Ankara istiqamətində hərəkət tamamilə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi