Türkiyədə səlahiyyətlərinə xitam verilən deputatlar həbs edildi - FOTO

Türkiyədə səlahiyyətlərinə xitam verilən deputatlar həbs edildi - FOTO Türkiyə Böyük Millət Məclis Məclisinin səlahiyyətlərinə xitam verilən deputatları barədə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.
Region
5 İyun , 2020 02:22
Türkiyədə səlahiyyətlərinə xitam verilən deputatlar həbs edildi - FOTO

Türkiyə Böyük Millət Məclis Məclisinin səlahiyyətlərinə xitam verilən deputatları barədə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Xalqların Demokratik Partiyasını (HDP) parlamentdə təmsil etmiş Leyla Güvən və partiyadaşı Musa Farisoğulları məhkəmənin qərarı ilə həbs olunublar. Onlar həbsxanaya göndəriliblər. 

Enis Berberoğlu
Enis Berberoğlu

Eyni zamanda daha bir deputat, barəsində həbs qərarı çıxarılmış CHP üzvü Enis Berberoğlu da İstanbulda saxlanılıb. 

Qeyd edək ki, daha əvvəl deputatlar barədə cinayət işi qaldırılıb. Bu səbəbdən onların səlahiyyətinə xitam verilib. 

Son xəbərlər

Orphus sistemi