Bakı. 9 mart. REPORT.AZ/ Tükiyənin Diyabakır şəhərinin mərkəzində güclü partlayış olub.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə Diyarbakırın Bağlar rayonunda baş verib.
Partlayış yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib.
Həbsxana yaxınlığında yerləşən hava şarı emalatxanasında baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb.