Türkiyədə özəl xəstəxanada partlayış zamanı ölənlərin sayı artdı

Türkiyədə özəl xəstəxanada partlayış zamanı ölənlərin sayı artdı 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.
Region
19 Dekabr , 2020 19:55
Türkiyədə özəl xəstəxanada partlayış zamanı ölənlərin sayı artdı

Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində ölən pasiyentlərin sayı 9 nəfərə çatıb.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Səhiyyə naziri Faxrettin Koca məlumatı təsdiqləyib. "Vəfat edənlərin sayı 9 oldu", - deyə o bildirib.

Nazirin sözlərinə görə, hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, hadisə SANKO Universitetinin Reanimasiya şöbəsində baş verib. Şöbədə oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 9-u ölüb. Digər pasiyentlər yaxınlıqdakı başqa hospitala yerləşdirilib.

10:35

Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində 8 pasiyent ölüb.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, SANKO Universitetinin Reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi