Türkiyənin Van şəhərində baş verən yol qəzasında azı 37 nəfər xəsarət alıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, qanunsuz miqrantları daşıyan yük maşını yolda aşıb.
Hadisə yerinə 11 "təcili yardım" maşını cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.
Yaralılar xəstəxanaya yerləşdirilib.