Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 12 nəfər yaralanıb

Region
  • 24 iyul, 2022
  • 00:19
Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 12 nəfər yaralanıb

Türkiyənin Bilecik şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus qəzaya yük maşınına çırpılıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, qəza zamanı 12 nəfər xəsarət alıb.

Hadisə şahidlərinin çağırışı ilə qəza yerinə jandarm, təcili yardım və xilasetmə qrupları cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Hadisənin başvermə səbəbləri açıqlanmır.

44 - Tezliklə