Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı

Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı Türkiyədə koronavirusa yoluxan xəstələrdən biri ölüb.
Region
2149
18 Mart , 2020 01:17
Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı

Türkiyədə koronavirusa yoluxan xəstələrdən biri ölüb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca Ankarada keçirdiyi mətbuat konfransında bildirib. 

"Yeddi gün əvvəl mən ilk koronavirusa yoluxma barədə bildirdim. Bu gün kədərli xəbərim var - xəstələrdən biri öldü. Onun 89 yaşı vardı", - deyə nazir vurğulayıb. Nazirin sözlərinə görə, o, koronavirusa Çin əsilli şəxsdən yoluxub.  

Fahrettin Koca bildirib ki, koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb. Hazırda ölkədə COVİD-19 infeksiyası xəstələrinin ümumi sayı 98 nəfər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi