Türkiyədə ilk koronavirusa yoluxma qeydə alındı

Türkiyədə ilk koronavirusa yoluxma qeydə alındı Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədə koronavirusa ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Region
2054
11 Mart , 2020 02:13
Türkiyədə ilk koronavirusa yoluxma qeydə alındı

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədə koronavirusa ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. 

Nazir bildirib ki, xəstə kişidir. Türkiyə vətəndaşı olan həmin şəxs bu yaxınlarda Avropadan qayıdıb. Onun vəziyyəti sabitdir və karantinə yerləşdirilib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 702 nəfər təşkil edir. Onlardan 80 924 nəfəri Çindədir.

Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda yeni epidemiya bir sıra Avropa ölkələrində, o cümlədən İtaliya, Fransa və Almaniyada geniş yayılıb.

Son xəbərlər

Orphus sistemi