Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.
Region
9 Aprel , 2022 19:37
Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Adanada baş verib. Hərbçilərin olduğu avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.

Yaralılar Kozan Dövlət Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya minik maşınının işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Nəticədə avtomobil hərbçilərin olduğu nəqliyyat vasitəsilə toqquşub.

Son xəbərlər

Orphus sistemi