Türkiyədə hərbçilərin keçdiyi yolda partlayış törədilib, 3 əsgər şəhid olub - YENİLƏNİB
- 22 aprel, 2016
- 07:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 aprel. REPORT.AZ/ Türkiyədə hərbçilərin keçdiyi Tunceli-Əlazığ avtomobil yoluna terrorçu PKK qruplaşması silahlılarının basdırdığı minanın partlaması nəticəsində 3 əsgər şəhid olub, yaralananlar var.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə baş verən ərazidə antiterror əməliyyatı keçirilir.
*** 11:48
Bakı. 22 aprel. REPORT.AZ/ Türkiyədə hərbçilərin keçdiyi Tunceli - Elazığ avtomobil yoluna terrorçu PKK qruplaşması silahlılarının basdırdığı minanın partlaması nəticəsində bir neçə nəfər yaralanıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hadisə Bakı vaxtı ilə səhər saat 11-də baş verib.
İnformasiyaya əsasən, partlayış olan yerə çoxlu sayda təcili tibbi yardım avtomobili cəlb edilib.