Türkiyədə hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb

Türkiyədə hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb Hadisənin baş verdiyi Bitlis şəhərində axtarış-xilasetmə əməliyyatları aparılır
Region
21 Yanvar , 2018 18:46
Türkiyədə hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə ordusunun 5 hərbçisi Bitlis şəhəri ərazisində PPK terrorçularına qarşı əməliyyat aparan zaman qar uçqununa düşərək həlak olub.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 12 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər Hizan rayonu ərazisində yerləşən dövlət hospitalına yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirilir.

Son xəbərlər

Orphus sistemi