Türkiyədə qəzaya uğrayan Rusiyanın amfibiya təyyarəsinin 8 ekipaj üzvü ölüb

Türkiyədə qəzaya uğrayan Rusiyanın amfibiya təyyarəsinin 8 ekipaj üzvü ölüb Türkiyənin Kahramanmaraş şəhərində helikopter qəzaya uğrayıb.
Region
14 Avqust , 2021 17:49
Türkiyədə qəzaya uğrayan Rusiyanın amfibiya təyyarəsinin 8 ekipaj üzvü ölüb

Türkiyənin Kahramanmaraş şəhərində yanğınsöndürmə tədbirləri zamanı qəzaya uğrayan Rusiya təyyarəsinin bütün ekipaj üzvləri həyatını itirib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi də axtarış tədbirlərinə əməkdaşlarını cəlb edib.

17:12

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.

Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndərəcəyi qeyd olunub.

16:55

Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın dəqiq səbəbləri məlum deyil.

16:18

Türkiyənin Kahramanmaraş şəhərində helikopter qəzaya uğrayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, təyyarə meşə yanğınlarının söndürülməsi tədbirləri zamanı qəzaya uğrayıb.

Əraziyə axtarış-xilasetmə qrupu cəlb olunub.

Son xəbərlər

Orphus sistemi