Türkiyədə hava limanında atışma olub, xəsarət alanlar var - FOTO

Region
  • 26 mart, 2019
  • 14:28
Türkiyədə hava limanında atışma olub, xəsarət alanlar var - FOTO

Türkiyədə hava limanında atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Kayseri şəhərində baş verib. Atışma zamanı hava limanının təhlükəsizliyini təmin edən bir neçə polis əməkdaşı yaralanıb.

Hadisə yerinə təcili yardım maşınları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır. 

44 filmi