​Türkiyədə hakim partiyanın fövqəladə qurultayının tarixi açıqlanıb

Region
  • 05 may, 2016
  • 09:14
​Türkiyədə hakim partiyanın fövqəladə qurultayının tarixi açıqlanıb

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Pariyasının fövqəladə qurultayı mayın 22-də keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata əsasən, bu gün partiyanın sədri Əhməd Davudoğlunun başçılığı altında İdarə Heyətinin toplantısı olub. Vida toplantısı 40 dəqiqə sürüb. İdarə Heyəti bu il mayın 22-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayının keçirilməsi haqda qərar qəbul edib. Həmin toplantıda Əhməd Davudoğlu namizədliyini irəli sürməyəcək.

44 filmi