Ərdoğanın partiyası İstanbul və Ankara üzrə seçkilərin nəticələrinə etiraz edib - YENİLƏNİB

Ərdoğanın partiyası İstanbul və Ankara üzrə seçkilərin nəticələrinə etiraz edib - YENİLƏNİB AKP Ankarada da keçirilən seçkilərin nəticələrinə etiraz edib.
Region
2 Aprel , 2019 17:20
Ərdoğanın partiyası İstanbul və Ankara üzrə seçkilərin nəticələrinə etiraz edib - YENİLƏNİB

AKP Ankarada da keçirilən seçkilərin nəticələrinə etiraz edib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu partiyanın Ankara əyalət təşkilatının sədri Hakan Han Özcan bildirib. 

“Ankaranın 25 rayonunda keçirilən seçkilərin nəticələrinə etirazımızı gerçəkləşdirdik. 3 217 seçki qutusunda qanunsuzluq təsbit etmişik”, - deyə o vurğulayıb.


*** 14:19

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulun bütün rayonlarında seçkinin nəticələrinə etiraz etmək barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.

Bildirilib ki, partiyanın İstanbulun 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz qərarı aprelin 2-də yerli vaxtla saat 15-də (Bakı vaxtı ilə 16-da) Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyələrə seçkilər keçirilib.

Son xəbərlər

Orphus sistemi