İstanbuldakı tankerdə yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB

İstanbuldakı tankerdə yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB Bakı. 28 yanvar. REPORT.AZ/ İstanbulun Tuzla tərsanəsində tankerdə baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb.
Region
1251
28 Yanvar , 2019 21:30
İstanbuldakı tankerdə yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Bakı. 28 yanvar. REPORT.AZ/ İstanbulun Tuzla tərsanəsində tankerdə baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə şəhər qubernatoru administrasiyasına istinadən "CNN Turk" məlumat yayıb.

Daha 11 nəfərin xəsarət aldığı bildirilir.


***16:58

Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyədə gəmidə yanğın baş verib. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Tuzla tərsanəsindəki gəmilərdən birində qeydə alınıb. 

Yanğın nəticəsində 7 nəfər yaralanıb.

Hadisə gəminin göyərtəsində iş görülən zaman baş verib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub.  

Son xəbərlər

Orphus sistemi