Türkiyədə fəhlələri daşıyan traktor aşıb, 7 nəfər ölüb, 10 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB

Türkiyədə fəhlələri daşıyan traktor aşıb, 7 nəfər ölüb, 10 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB Fəhlələr fındıq yığmağa gedirmiş
Region
18 Avqust , 2017 09:40
Türkiyədə fəhlələri daşıyan traktor aşıb, 7 nəfər ölüb, 10 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB
Haber7.com

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyənin Sakarya əyalətinin Hendek rayonunun Çamlıca kəndində fəhlələri daşıyan traktorun aşması nəticəsində xəsarət alanların sayının 10 nəfər olduğu dəqiqləşib.  

“Report” "Haber7"yə istinadən xəbər verir ki, ilkin məlumatda yaralıların sayının 20 nəfər olduğu bildirilmişdi. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

***

Türkiyədə ağır yol qəzası baş verib. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, ölkənin Sakarya əyalətinin Hendek rayonunun Çamlıca kəndində fəhlələri daşıyan traktorun aşması nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Fəhlələr fındıq toplamaq üçün Diyarbakıra gedirmiş.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi