Türkiyədə fabrikdə partlayış olub, 29 fəhlə yaralanıb

Türkiyədə fabrikdə partlayış olub, 29 fəhlə yaralanıb Hadisə yerinə təcili tibbi yardım heyəti və xilasedicilər cəlb olunub
Region
12 Aprel , 2017 11:45
Türkiyədə fabrikdə partlayış olub, 29 fəhlə yaralanıb
Ntv.com.tr

Bakı. 12 aprel. REPORT.AZ/ Türkiyənin Tekirdağ əyalətinin Çerkezköy rayonunda toxuculuq fabrikindəki partlayış nəticəsində 29 fəhlə yaralanıb.

“Report” xəbər verir ki, bu haqda Türkiyənin NTV telekanalı məlumat yayıb. 

İnformasiyaya əsasən, hadisə yerinə təcili tibbi yardım heyəti və xilasedicilər cəlb olunub. 

İlkin ehtimala əsasən, partlayış kimyəvi maddənin sızması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi