Türkiyədə eyni zamanda iki qəzetin binasına hücum olunub
Region
- 11 fevral, 2016
- 06:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 fevral. REPORT.AZ/ Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı və molotov kokteylli basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, basqınlar eyni zamanda olub. Maskalı 5 nəfər "Yeni Şafak" qəzetinin binası önünə gedərək, əllərindəki molotov kokteyllərini redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar.
Eyni vaxtda "Yeni Akit" qəzetinin binasına da molotov kokteyli atılıb, ofis atəşə tutulub.
"Yeni Şafak"ın ofisi İstanbulun Bayrampaşa rayonunda, "Yeni Akit" isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.
Hadisə ilə bağlı polis araşdırma aparır.
Son xəbərlər
11:35
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb - Faktivi hava
Ekologiya
11:32
Tokayev: Azərbaycanın Qafqazda uzunmüddətli sülhə yönəlmiş siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır
Xarici siyasət
11:28
Foto
Yaponiyada populyar "Vivant" serialının izi ilə Azərbaycana turlar başladılıb
Turizm
11:26
Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
11:16
Video
Batabat yaylağına qar yağır
Ekologiya
11:11
Foto
Xankəndidə Zəfər Günü qeyd edilib
Daxili siyasət
11:06
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə qızıl medallar qazanıblar
Fərdi
11:04
Foto
Video
Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub
Qarabağ
11:04
Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək
Futbol