Bakı.13 yanvar. REPORT.AZ/ Türkiyədə 463 nəfərdə H1N1 virusu ("donuz qripi") aşkarlanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müayinə olunan 2905 xəstənin 463-nün "donuz qripi"nə yoluxduğu təsdiqlənib.