​Türkiyədə demokratiyaya dəstək mitinqinə 5 milyona qədər adam qatılıb

​Türkiyədə demokratiyaya dəstək mitinqinə 5 milyona qədər adam qatılıb İştirakçıların sayını "quş uçuşu"ndan çəkilən fotoların təhlili sayəsində hesablamaq mümkün olub
Region
7 Avqust , 2016 23:40
​Türkiyədə demokratiyaya dəstək mitinqinə 5 milyona qədər adam qatılıb

Bakı. 7 avqust. REPORT.AZ/ İstanbulun Yeniqapı meydanında keçirilən "Demokratiya və şəhidlər mitinqi"nə 5 milyon nəfərə qədər adam qatılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qurumlarındakı mənbənin məlumatına görə, aksiya iştirakçılarının sayı tədbirin təhlükəsizliyini təmin edən polis vertolyotlarından çəkilən fotoların təhlili sayəsində mümkün olub.

Aksiya iştirakçılarının ərazinin bir kvadratmetrinə düşən təqribi sayının hesablanması sayəsində məlum olub ki, ümumilikdə mitinqə ölkənin 5 milyona qədər sakini gəlib.

Son xəbərlər

Orphus sistemi