Türkiyədə daha iki zəlzələ oldu

Türkiyədə daha iki zəlzələ oldu Türkiyənin Muğla vilayətində iki dəfə zəlzələ qeydə alınıb.
Region
20 Dekabr , 2020 08:41
Türkiyədə daha iki zəlzələ oldu

Türkiyənin Muğla vilayətində iki dəfə zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd edilir ki, yeraltı təkanlar Ula rayonunda 3,9 və 3.8 bal gücündə qeydə alınıb. Məlumata görə, birinci zəlzələ yerli vaxtla saat 06:14-də baş verib. Saat 06:16-da isə 3,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Zəlzələ hiss edilib. Təbii hadisə hər hansı tələfata və ya insan itkisinə səbəb olmayıb.

Son xəbərlər

Orphus sistemi