Türkiyədə daha 70 hərbçinin həbsinə sanksiya verilib

Region
  • 23 may, 2018
  • 06:16
Türkiyədə daha 70 hərbçinin həbsinə sanksiya verilib

Bakı. 23 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin daha 70 hərbçisinin həbsi barədə sanksiya verilib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onlardan 43-ü hazırda orduda müxtəlif vəzifələrdə çalışır.

Hərbçilərin tutulması üçün Türkiyənin 23 əyalətində eyni zamanda əməliyyat başlayıb.

Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər.