Türkiyədə CHP üzvü olan millət vəkili həbs edilib

Türkiyədə CHP üzvü olan millət vəkili həbs edilib Enis Berberoğlu 25 il müddətinə azadlıqdan məhrum edilib
Region
14 İyun , 2017 16:59
Türkiyədə CHP üzvü olan millət vəkili həbs edilib

Bakı. 14 iyun. REPORT.AZ/ Türkiyənin müxalif Cümhurriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, məhkəmə qərar açıqlandıqdan sonra deputat həbs olunub.

E.Berberoğlu Milli İstihbarat Təşkilatına (MİT) məxsus olduğu deyilən TIR-larla bağlı məsələyə görə açılan cinayət işində əsas təqsirləndirilən şəxs olub və iş üzrə günahkar sayılıb.

Qeyd edək ki, Kadri Enis Berberoğlu 1956-cı il iyunun 5-də İstanbulda doğulub. Avstriya liseyi və Boğaziçi Universitetində təhsil alıb. CNNTurk, “Hürriyet” və “Radikal” kimi KİV-lərdə işləyib. 2014-cü ildə “Sözçü” qəzetində işləməyə başlayıb. 2014-cü ildə CHP-nin fövqəladə qurultayında partiya Məclisinə üzv seçilib.

Son xəbərlər

Orphus sistemi