Türkiyədə banka silahlı hücum olub - YENİLƏNİB

Region
  • 17 dekabr, 2019
  • 07:50
Türkiyədə banka silahlı hücum olub - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində banka hücum etməkdə şübhəli bilinən şəxs tutulub. 

“Report” xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb. 

Bildirilib ki, o, müştərilərin və bankın əməkdaşlarının binadan çıxmasını təmin etdikdən sonra mühafizəçini girov götürüb. 

Məlumata görə, üzərində iki silah olan, kimliyi bilinməyən 50-55 yaşında kişi banka girərək üzərində 3 kq bomba olduğunu deyib: “Üzərimdə bomba var. Binadan çıxın. Paltonuzu da götürün, soyuqdur, üşüyərsiniz. Onsuz da bir saatdan sonra geri qayıdacaqsınız”. 

Qeyd edək ki, bir müddət əvvəl banka iki silahlının hücum etdiyinə dair məlumat yayılmışdı.


*** 11:15

Türkiyənin Antalya şəhərində iki silahlı şəxs banka hücum edib.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

Hücum edənlər müştəriləri binadan çıxararaq bankın əməkdaşlarını girov götürüblər.

Polis silahlı şəxslərin zərərsizləşdirilməsi və girovların azad olunması üçün əməliyyat keçirir.