Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb, saxlanılanlar var

Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb, saxlanılanlar var Türkiyədə azərbaycanlılar arasında atışma olub.
Region
4 Sentyabr , 2022 17:38
Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb, saxlanılanlar var

Türkiyənin İstanbul şəhərində azərbaycanlılar arasında atışmanın təfərrüatı məlum olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, silahlı qarşıdurma pul üstündə yaranıb. Azərbaycan vətəndaşları, 35 yaşlı Zeynal A. və Yadigar G. (30 yaşlı) ilə idman məşqçisi, Azərbaycan əsilli Ceyhun Əkbərov (33 yaşlı) ilə telefon danışığı olub. Telefon danışığından sonra Zeynal A. və Yadigar G. C.Əkbərovun işlədiyi idman etdiyi idman zalına gələrək ona tapançadan atəş atəş açaraq yaralayıb. Hər iki şəxs bundan sonra hadisə yerindən qaçıblar. Hadisə yerinə göndərilən həkim briqadaları C.Əkbərovun öldüyünü müəyyən ediblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

Zeynal A. və Yadıgar G. məhkəmə qərarı ilə həbs ediliblər.

Hadisə yerində aparılan araşdırma zamanı 2 ədəd sənədsiz tapança, 4 ədəd güllə və 9 ədəd boş patron darağı aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

08:20

Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi